Mövqe

Jirayr Liparityan: “Ermənilər ya qonşuları ilə normal münasibət qurmalı, ya da bu yerlərdən birdəfəlik köçüb getməlidirlər”

“Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması lazımdır. Əks halda çantalarını yığaraq başqa bir yerə köçmələri lazım olacaq”.

Savash.org xəbər verir ki, bu fikirləri erməni diplomatı, Ermənistanın ilk prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan söyləyib.

Onun fikrincə, Ermənistanda qonşularına düşmən kimi deyil, fərqli  baxan bir hökumət olmalıdır: “Ermənistan hər kəslə münasibətləri normallaşdırmalıdır. Çünki bu, təhlükəsizliyi təmin edir. Nifrət və qorxu. Bu iki əsas duyğudan imtina edilməlidir. Çox təəssüf ki, bu iki fikir erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır. Qonşularla əlaqələr qurmaq, birbaşa Azərbaycan və Türkiyə ilə danışmaq, qonşuları anlamağı öyrənmək, nəyə görə “yox” cavab verdiklərini başa düşmək lazımdır. Bu, düşməndə ünsiyyət qurmaq əminliyi yaradacaq. Ancaq qonşularımızın problemlərini başa düşdüyümüzə onları inandırmalıyıq”.

Diplomat 1988-ci ildə daşnak liderlərindən birinin fikirlərini xatırladı: “Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı kəsəcəklər”.

“Bu gün bu səhv fikirdən qaçmaq lazımdır. Çünki  bu cür yanlış düşüncə ilə Ermənistan heç vaxt müstəqil ola bilməz. Ya qonşularla ünsiyyət qurmağın yolunu tapacaqsan, ya da özün çantalarını yığaraq bir başqa yerə getməli olacaqsan”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button