Mövqe

“Hazırda Qarabağla bağlı əsas məsələ budur” – Çavuşoğludan Lavrovla görüş sonrası AÇIQLAMA

“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik”.

Savash.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, – o deyib.

M.Çavuşoğlu ikitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.

Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button