Mövqe

“Rusiya biz düşündüyümüz qədər güclü deyil” — “11 yanvardan sonra bir çox məsələlərə aydınlıq gələcək”

Qulu Məhərrəmli: “Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın…” 

Azərbaycanın qalibiyyəti ilə başa çatmış 44 günlük müharibə, hələlik Dağlıq Qarabağ münaqişəsinin tam həllinə gətirib çıxarmayıb. Rusiya prosesə müdaxilə etdi, üçtərəfli atəşkəs razılaşmasına nail oldu və dərhal sonra ordusunu sülhməramlı qüvvələr adı altında bölgəyə göndərdi. 

Noyabrın 10-dan sonra sülhməramlıların nəzarətində olan Xankəndində və başqa ərazilərdə cərəyan edən hadisələrə Bakıdan səbrli reaksiya olsa da, narahatlıq mənbəyi getdikcə böyüyür. Çünki atəşkəs razılaşmasına bütövlükdə əməl olunmayıb, erməni hərbi birləşmələri ərazidə qalmaqda davam edir, müharibə dövründə bölgəni tərk etmiş erməni əhalisi sülhməramlıların dəstəyi ilə geri qaytarılır, məskunlaşdırılır və s.

Erməni ordusunun qalıqları isə bir neçə dəfə Azərbaycan ordusunun mövqelərinə hücum cəhdləri edib, nəticədə xeyli sayda diversant zərərsizləşdirilib və ya həbs edilib.

Ümidlər var ki, gələn həftə Rusiyada gözlənilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə mövcud problemlər masaya yatırılacaq və onların həlli ilə bağlı qərarlar veriləcək. Amma 10 noyabr bəyanatının tam icra edilməməsi növbəti razılaşmaların icra mexanizmlərinin olub-olmayacağı suallarını gündəmdə saxlayır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button