“Hazırda bu cür qaynar konflikt mümkün deyil” – Putin

Davos İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Rusiya Prezidenti Vladimir Putin bir sıra maraqlı açıqlamalar verib.
Savash.org xəbər verir ki, Putin çıxışında potensial dünya müharibəsinin nəticələri və dünyada artan sosial-iqtisadi gərginliklərə toxunub.
“Bildiyiniz kimi, bu kimi problemlərin həllində bacarıqsızlıq və iradəsizlik 20-ci əsrdə İkinci Dünya Müharibəsi fəlakəti ilə nəticələndi. Əlbəttə, hazırda bu cür qlobal və qaynar konflikt ümid edirəm ki, mümkün deyil. Mən buna çox ümid edirəm. Bu, sivilizasiyanın sonu demək olar”,- deyə Putin qeyd edib.
O, dünyanın iqtisadi inkişafında ciddi geriləmə yaşandığını, cəmiyyətlərdə sosial gərginliyin artdığını və dünyanın hamının- hamıya qarşı mübarizəsi ilə qarşılaşma ehtimalının olduğunu bildirib.