Mövqe

Ermənistan və erməni xalqı bundan faydalanacaq – Çavuşoğlu

Cənubi Qafqazda atəşkəs mövcuddur və biz bu atəşkəsin davamlı olmasını istəyirik.

Savash.org-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırılır:

“Qardaşım Məhəmməd Cavad Zərif buraya səfərindən əvvəl digər ölkələrə də gedib. Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir. Ən çox da Ermənistan və erməni xalqı bundan faydalanacaq. Biz Ermənistanın da bu istiqamətdə konstruktiv addımlar atacağını gözləyirik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button