Mövqe

“Özümüzü aldatmağa davam edirik” – Sabiq erməni səfir

Ordu generallar, zabitlər, əsgərlər, hərbi texnika və mənəvi ruhdan ibarətdir. Bizim isə əsgərdən başqa bir şeyimiz yoxdur. Bir sözlə, bizim ordumuz yoxdur. İnsanlar ordunu bayram münasibətilə təbrik edir, erməni zabitinin şərəfindən və ordunun döyüş qabiliyyətindən danışırlar. Bu dərəcədə özünü aldatmağın mənası nədir? Bunu anlamıram.

Savash.org xəbər verir ki, bu barədə Ermənitanın Vatikandakı sabiq səfiri Mikael Minasyan ötən gün Ermənistanda Ordu günü ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, ordunun erməni xalqını xarici təsirlərdən qorumaq missiyası var idi: “Bu missiya uğursuz oldu. Ordu ölkəni daxili düşməndən xilas edə bilər. Bunu da etmədi. Yəqin ki, son müharibədə məğlub olmasına baxmayaraq milli qəhrəman və generallarının sayını artıran yeganə ordu bizik. Bu ordunu yaradan və bu gün mövcud olmadığını görmək istəməyən insanlar Ordu günü münasibətilə təbriklər ünvanlayırlar. Orduda xidmət etməyən yüksək rütbəli məmurları, fərarilik edənləri və ordunun nə olduğunu bilməyənləri təbrik edirlər. Anlayıram ki, təbrik edirlər, çünki ağrılı reallığı qəbul etmək istəmirlər, çünki bəlkə də bu ətalət ilə edilir.

Məğlub ordunu təbrik etməklə Şuşanın azad olunmasını qeyd etmək eynidir. Ordumuz qalmayıb. Bəziləri Yerablurda istirahət edir, bəziləri ya əsirlikdədir, ya da itkin düşüb. Onları təbrik edə bilmirəm”.

Sabiq diplomat qeyd edib ki, normalda bu gün yeni bir fəlsəfə, quruluş və hədəflərə sahib bir ordu haqqında danışmaq lazım idi: “Ancaq bu ictimai müzakirəyə başlamaq üçün köhnə ordunun artıq olmadığını etiraf etmək lazımdır. Özümüzü aldatmağa davam edirik”.  /Teleqraf

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button