Mövqe

Lavrov etiraf etdi: “Avropa Birliyi ilə münasibətlərimiz normal deyil”

Rusiya ilə Avropa Birliyi (Aİ) arasındakı münasibətlərin normal olmaması heç kimə fayda gətirmir.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə görüşündə deyib.

“Biz bugünkü danışıqlar zamanı sizin bütün suallarınızı cavablandırmağa hazırıq. Çalışacağıq ki, sizi məyus etməyək”, – deyə rusiyalı diplomat qeyd edib.

Cozep Borrel isə bildirib ki, S.Lavrovla görüşdə Ukraynadakı son vəziyyət, İranın nüvə problemi və koronavirusla mübarizəni müzakirə edəcəklər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button