Mövqe

“İran Ermənistanla quru sərhədinə son qoyub” – Minasyan

“Bu yaxınlarda yüksək səviyyəli bir İran diplomatı ilə görüşdüm. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Nikol Paşinyanla görüşünün mətbuata qapalı keçirilən hissəsində Ermənistan rəhbərliyinin “vasat siyasətinin” bölgənin mövcud geopolitik sisteminin çökməsinə səbəb olduğunu açıq şəkildə bildirib”.

Savash.org xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bildirib.

“Ən paradoksal məsələ odur ki, İran sözün klassik mənasında Ermənistanla quru sərhədi olmaqdan çıxıb. İndidən yolun İrandan Yerevana və Sünikə (Zəngəzur – red.) gedən hissəsinə erməni əsgərləri yox, rus və ya azərbaycanlılar nəzarət edir”, – Minasyan bildirib.

Xatırladaq ki, Minasyan vəzifəsindən sui-istifadə, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar vermək ittihamları ilə axtarışa verilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button