Mövqe

Ordu məhv oldu, özümüz kölə… – Manukyan çağırış etdi

Ermənistanın keçmiş baş naziri, Vətənin Xilası Hərəkatının liderlərindən biri olan Vazgen Manukyan xalqa müraciət edib.

Savash.org xəbər verir ki, o, əhalini sabah 15:00-da İrəvandakı Azadlıq meydanında toplanmağa səsləyib.

Süniklə bağlı hökumətin gizli razılaşmalarının olduğunu bildirən Manukyan əhalini buna etiraz etməyə çağırıb:

“Zaman keçəcək və 9 noyabr gecəsi kimi biz bir gün oyancağıq və biləcəyik ki, Sünik artıq bizdə deyil”.

Ermənistanın 9 noyabrda kapitulyasiyaya imza atdığını deyən Manukyan 5000 mindən çox əsgər itirdiklərini, yaralıların sayının isə 10000-dən çox olduğunu bildirib:

“Bizim artıq ordumuz yoxdur. Ondan qalanlar hər gün sübut edir ki, o, artıq mövcud deyil”.

Manukyan müraciəti zamanı gələcək nəsillərin indiki nəsli lənətləyəcəyini bildirib:

“Biz hələ Ermənistan adlanan bu ərazidə insanların kölələşdirilmiş hissəsini saxlayacağıq, qalanlarımız isə bütün dünyaya səpələnib sərgərdan olacağıq”. (Axar.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button