Mövqe

“Azərbaycanlıların danışıqlarını aydın eşidə bilirik, əhali təşviş içindədir” – Əkərək kənd sədri

“Ağarak (Əkərək – red.) kəndində azərbaycanlı hərbçilərin mövqeləri irəliləyib, onlar artıq sərhədlərə 4 km aralıdan nəzarət edirlər”.

Savash.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə kəndin bələdiyyə sədri Ayk Sarqsyan bildirib.- Advertisement –

“Hazırkı sərhəd xətti kəndə o qədər yaxındır ki, azərbaycanlıların danışıqlarını aydın eşidə bilirik. Onlar nə isə deyəndə kənddə eşidilir. Əhali təşviş içindədir. Əvvəllər onların postları xeyli uzaqda idi, indi isə lap yaxınlığımızdadır. Onlar iki gündür növbəli şəkildə vəzifə icra edirlər. Onlar Rusiya sülhməramlılarının icazəsi ilə gəlib burada dayanıblar”, – Sarqsyan vurğulayıb.

O həmçinin qeyd edib ki, Əkərək kəndində 40 ev var və əvvəllər kəndə daxil olan ərazilərin bəziləri indi hərbi postlara çevrilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button