Mövqe

“Hakimiyyəti Karen Karapetyana təhvil vermişdim, Paşinyana yox” – Sarkisyan

2018-ci ilin yazında baş verənlər mahiyyət etibarilə Qarabağ əleyhinə bir hərəkat idi və səmimi deyim ki, bu, həm də Qarabağ ermənilərinə qarşı yönəldilmişdi. Vəziyyət elə idi ki, xalqa bir çox həll yolundan birini təklif etməyə çalışmaqdansa, dinc yolla getməyi üstün tutdum”.

Savash.org xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “ArmNews” telekanalına verdiyi müsahibəsində deyib.- Advertisement –

“Hakimiyyəti onlara təslim etməyim fikri ilə heç vaxt razılaşmayacağam. Hər şeydən əvvəl, mən hakimiyyəti Karen Karapetyana (Ermənistanın sabiq baş naziri və Yerevanın meri – red.) təhvil vermişdim. Onu kabinetimə çağırdım və məsuliyyəti öz üzərinə götürməyə hazır olub-olmadığını soruşdum. O isə dərhal razılaşdı və daha sonra etirazçılara mənim istefa verdiyimi bildirdi.

Karapetyanın onlara başqa bir şey söylədiyini düşünmürəm. O, hakimiyyətin ötürülməsi ilə bağlı onlarla nə isə danışmadı. Karapetyan məndən sonra vəzifəsinə görə ikinci şəxs idi və hakimiyyət ona ötürülməli idi. Amma bu baş vermədi”, – Sarkisyan bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button