Mövqe

“Azərbaycanlılar Qarazəmi kəndindən bir neçə metr aralıdadır” – Erməni kənd sədri

Hazırda azərbaycanlı hərbçilər Sünik bölgəsindəki Karahunc (Qarazəmi – red.) kəndindən bir neçə metr aralıdadır və parkların bir hissəsi də onların nəzarətinə keçir”.

Savash.org xəbər verir ki, bu sözləri kənd icmasının rəhbəri Lusin Avetyan deyib.

Xatırladaq ki, bu gün, Gorus bələdiyyə sədrinin müavini İrina Yolyan “Facebook” səhifəsində Xndzoresk (Xınzirək – red.) və Qarazəmi qəsəbələrinin Ermənistanın sərhəd icmalarına verilən sosial yardım proqramından kənarda qaldıqları barədə məlumat verib.

Avetyan isə bu qərarı “ağlasığmaz adlandırıb: “Bu necə ola bilər? Hazırda sərhədçilər bu kənddə xidmət edirlər. Azərbaycanlılar cəmi bir neçə metr məsafədədir. Bu anlaşılmazlıq deyilsə, sərt tədbirlər görəcəyik. Kəndimizdən keçən əsas yolu bağlayacağıq”, – deyə o bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button