Mövqe

Şamaxı sahibkarları icra başçısından prezidentə şikayət edəcək – ŞOK

Şamaxı sahibkarları icra başçısından prezidentə şikayət edəcək - ŞOKŞamaxı rayonun Çuxuryurd, Məlhəm və Pirqulu kəndlərində obyektləri olan sahibkarlar dövlət başçısına müraciət etməyə hazırlaşırlar.

Daxil olan məlumata əsasən Şamaxının icra başçısı Asif Ağayev sahibkarları yanına çağıraraq bildirib ki, bu yaxınlarda Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı olaraq hər kəs «haqq» verməlidirlər. Sahibkarlar ölkəmizdə keçirilən bu mədəni hadisə ilə bağlı olaraq hər zaman dövlətimizə və dövlətçiliyimizə yardım etməyə hazır olduqlarını bildiriblər. Sahibkarların bununla bağlı olaraq narazılıqları ondan ibarətdir ki, başçının istəkləri ilə razılaşmayan iş adamlarının obyektlərinin elektrikləri və suyu kəsilir.

Şamaxıdakı qaynaqlarımız iddia edir ki, Asif Ağayevin adından rayon sahibkarlarına qarşı sərt davranış müşahidə olunur. Müraciət müəllifləri yaxın zamanları adlarını açıqlayaraq rayondakı vəziyyətlə bağlı dövlət başçısına müraciət etməyə hazırlaşırlar.

Rayonun Mərkəzi Bazarındakı ticarətçilərin də bununla bağlı olaraq narazılıqlarının olduğu da söylənilir. Onlar rayon rəhbərliyi tərəfindən sıxışdırıldıqlarını iddia edirlər.

Hələlik redaksiyamıza şikayət edən sahibkarların heç biri konkret olaraq icra başçısının onlara şəxsən «haqq» tələbi irəli sürməyib. Sahibkarlar bildirir ki, hər dəfə müxtəlif adamlar vasitəsilə başçının adından onlara təzyiqlər edilir. Onlar yaranmış vəziyyətlə bağlı Asif Ağayevlə görüşüb dərdlərini söyləmək istəsələr də, hələ ki, nəticəsi olmayıb. Bu mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə çalışırıq.

Gundeminfo.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button