Mövqe

“Kim ki, bu dövrdə prezident olmayıb…” – Paşinyan Koçaryana cavab verdi

Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezident Robert Koçaryana cavab verib.

Savash.org unikal.org-a istinadən bildirir ki, bir müddət öncə keçmiş Ermənistan prezidenti Robert Koçaryan Nikol Paşinyanı ittiham etmişdi. Koçaryan bəyan etmişdi ki, özü prezident olsaydı, guya Ermənistan məğlub olmayacaqdı.

Paşinyan Koçaryana cavabında bu iddianın ciddi olmadığını bildirib.
“Kim ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistana başçılıq etməyib, rahatlıqla deyə bilər ki, o prezident olsaydı, məğlub olmayacaqdıq. Kim ki, bu dövrdə prezident olmayıb, qoy danışsın ki, ölkəyə o rəhbərlik etsəydi, uduzmazdıq”, – deyə Paşinyan bəyan edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button