Mövqe

Paşinyan: “KTMT Qarabağdakı müharibəyə niyə müdaxilə etmədi? Cavab sadədir”

“Ümumiyyətlə, regional təhlükəsizlik sistemimizə gəldikdə, əlbəttə ki, Ermənistan Ordusunda struktur, maddiyyat, xüsusən silah və ümumilikdə strateji məzmun baxımından islahatlara başlamalıyıq”.

Savash.org xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “1in.am”a verdiyi müsahibəsində bildirib.- Advertisement –

“Müharibənin nəticələrini aradan qaldırmaq mərhələsindəyik və əlbəttə ki, həll olunmayan məsələlər var. Ermənistan həm daxili, həm də xarici problemlərlə üzləşib. Bu səbəbdən, müharibə bitdikdən dərhal sonra həm Ermənistanda, həm də ətrafında təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün gündəlik prioritet problem kimi formalaşdırılıb”, – Paşinyan qeyd edib.

Ermənistan lideri keçmişdə olduğu kimi, indi də ölkəsinin eyni xarici təhlükəsizlik sistemində – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olduğunu vurğulayıb.

“Çoxları KTMT-nin Qarabağdakı müharibəyə niyə hərbi müdaxilə etmədiyi ilə maraqlanır. Cavab sadədir, çünki KTMT-nin vəzifələri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində formalaşır. Ölkə sərhədləri xaricində belə bir öhdəlik yoxdur”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button