Mövqe

Beyləqanda məmur oğlu həbs olundu və…

Beyləqanda məmur oğlu həbs olundu və...Ölkə mətbuatında məmur övladlarının dəbdəbəli həyatı, onların törətdikləri qanunsuzluq və özbaşınalıqlarla bağlı çoxsaylı faktlar dərc olunub. Həmin faktlar ictimailəşdikdən dərhal sonra isə yuxarı instansiyalar həmin məmur oğlu və vəzifədə olan atası ilə bağlı müvafiq tədbirlər həyata keçirir. Hər halda övladlarının güdazına gedən onlarla belə məmur göstərmək olar.

Amma təəssüf doğuran hal bundan ibarətdir ki, görülən bütün profilaktik tədbirlərə baxmayaraq məmur övladlarının qanunsuzluqları ara vermir. Elə Savash.org-a daxil olan yeni məlumat da bu qəbildəndir.

Saytımıza daxil olan informasiyada iddia olunur ki, Beyləqan rayon Komunnal Təsərrüfat Birliyinin rəisi Arzu Bəndəliyevin oğlu bu yaxınlarda həbs olunub. Belə ki, gecə saatlarında əməliyyat keçirən polis Arzu Bəndəliyevin oğlunun avtomobilinə baxış keçirib və qəqiqləşdirə bilmədiyimiz səbəblərdən məmur oğlunu saxlayıb.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, atasının müdaxiləsindən sonra bu fakt rəsmiləşdirilməyib, daha doğrusu başqa adla rəsmiləşdirilib və məsələ “ənənəvi qaydada” yoluna qoyulub.

Məsələnin necə və kimlər vasitəsilə yoluna qoyulması, Arzu Bəndəliyevin oğlunu saxlayan polisin Beyləqanda hansı məmurun yaxını olması, həbs baş verərkən Arzu Bəndəliyevin oğlunun yanında daha hansı yüksək vəzifəli şəxsin övladının olması və digər bu kimi maraqlı nüanslarla isə növbəti yazımızda tanış ola biləcəksiniz.
Mövzuya qayıdacağıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button