Mövqe

“Təfəkkür”-ün rektoru Elşad Abdullayevə niyə minnətçi düşdü? – TƏFƏRRÜAT

“Təfəkkür”-ün rektoru Elşad Abdullayevə niyə minnətçi düşdü? – TƏFƏRRÜAT“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyevlə bağlı qalmaqala səbəb olacaq yeni informasiyalar yayılıb. Savash.org xəbər verir ki, jam.az saytı Müşfiq Atakişiyevin bir neçə dəfə ABU-nun sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevlə görüşmək istədiyini iddia edib. Məlumatda bildirilir ki, rektorun çoxsaylı cəhdlərinə baxmayaraq tərəflər arasında görüş baş tutmayıb, lakin onlar Skype vasitəsi ilə danışıblar.

Məsələylə bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Müşfiq Atakişiyevin təkidlə Elşad Abdullayevlə görüşmək istəməsi ikincinin əlindəki ifşaedici videolarla bağlıdır. Belə ki, məlum olaylara qədər münasibətləri yüksək səviyyədə olan Müşfiq Atakişiyev və Elşad Abdullayev vaxtilə bir sıra maxinasiyalarda ortaq olublar. Onların saxta tələbə qəbuluyla bağlı şərikli işlər gördüklərini iddia edən mənbəmiz Elşad Abdullayevin əlində “Təfəkkür” rektorunu bitirəcək video materialların kifayət qədər olduğunu düşünür.
Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button