Mövqe

Milli Məclisin deputatı AŞPA-da Navalnıya dəstək verdi

Dünən Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin iclasında Rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndəsi, REAL partiyasından deputat Erkin Qədirli Navalnıya dəstək qətnaməsinin lehinə səs verib.

Sənəd bu gün Assambleyasının plenar iclasında səsverməyə çıxarılıb. Qətnamədə Rusiya hakimiyyətinə Navalnını azad etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsindəki hökmünü tam icra etmək tələbi yer alır.

Faktiki olaraq, bu, uzun illər ərzində ilk dəfədir ki, Azərbaycandan olan deputat RF hakimiyyətinə qarşı yönəlmiş sənədi dəstəkləyir. Bir qayda olaraq, Azərbaycan nümayəndə heyəti bu cür addımlardan çəkinir. (turan)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button