Mövqe

Zərdüşt Əlizadə Rusiya sülhməramlılarının tərəfini tutdu: “Onlara “sağ ol” deməliyik…”

“Sülhməramlılar müsbət iş görəndə onu mənfi hal kimi qiymətləndirmək doğru deyil”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında  Rusiyanın Dağlıq Qarabağın erməni əhalisinə koronavirusla mübarizə çərçivəsində vaksin göndərməsinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:

“Rusiya bütün dünyada tüğyan edən pandemiyaya qarşı mübarizə çərçivəsində Qarabağın erməni əhalisinə vaksin verib. Əslində humanitar aksiya keçirməklə nəcib iş görüblər. Yaxşı iş görəndə onlara da “çox sağ ol” demək lazımdır. 

Dava salmaq üçün bəhanə axtarmaq lazım deyil. Həmin ərazi rus sülhməramlıların dislokasiya məntəqəsi olduğundan rusiyalı hərbçilər belə bir addım atıb, ermənilər də onu qəbul ediblər. Dünya dağılmayıb ki? Bundan inciməyə, faciə düzəltməyə lüzum yoxdur. Sülhməramlılar orada ev tikir, elektrik qurğularını təmir edir, ərazini minalardan təmizləyir”. 

Həmsöhbətimiz bildirdi ki, əslində bu işi Azərbaycan özü görməli idi: “Qarabağdakı erməni əhalisi Azərbaycan vətəndaşları olduğundan ilk növbədə Bakı onlara vaksin təklif etməliydi. Ermənilər bu zaman ölməyi üstün tutub, Bakıdan vaksin almayacaqlarını bəyan etsəydi, belədə özlərinin ədəbsiz olduqlarını nümayiş etdirmiş olacaqdılar. Təəssüf ki, Azərbaycan öz vətəndaşları olan ermənilərə peyvənd təklif etməyib”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button