Mövqe

“Gecə saat üçdə birinə, sonra ikinciyə zəng vur…” – Şoyqu 10 Noyabr bəyannaməsinin ərsəyə gəlməsi haqda

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Zvezda” telekanalına müsahibəsində Qarabağ məsələsinə də toxunub. Telekanal Şoyqudan ad günü ilə bağlı müsahibə götürüb.

Reportajda deyilir ki, Rusiya ordusu ötən ilin payızında Dağlıq Qarabağda alovlanan münaqişənin nizama salınmasına cəlb edilib. Müdafiə naziri Sergey Şoyqu hərbi əməliyyatların dayandırılmasına dair Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin üçtərəfli bəyanat imzalaması ilə nəticələnən danışıqlarda iştirak edib.

“Qarabağa sülhməramlı qüvvələr yeridildi. Prezident bunun üçün nə qədər qüvvə sərf etdi, onu biz bilirik. Çünki gecə idi, saat ikidə, üçdə. Birinə zəng, sonra o birinə, üçüncüyə. Məsələ həll olunur. Ümumən, çox nəhəng iş idi”,-Sergey Şoyqu həmin danışıqlar haqda belə deyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button