Mövqe

DGK-dən sərhədlərin açılacağı ilə bağlı xəbərlərə REAKSİYA

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair bəzi KİV və sosial şəbəkələrdə yayılan məlumatları şərh edib.

“SAVAŞ”-a verilən məlumata görə, DGK-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bununla “Facebook” səhifəsində paylaşıb edib.

Paylaşımda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.

“Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.

Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur”, – N. Axundov bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button