Mövqe

“Biz həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməli olacağıq” – Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, hazırda Azərbaycanla müharibə təhlükəsi yoxdur.

Savash.org xəbər verir ki, o, “İndi Əliyevdən (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur-red.) müharibə təhlükəsi gözlənilmir. Sülh hökm sürür, Rusiya qoşunları durur və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil,” – deyib.

“Razılaşa da bilərsiniz, razılaşmaya da, lakin nə zamansa biz həm Əliyevlə, həm də Türkiyə ilə hansısa bir razılığa gəlməli olacağıq. Qonşular əbədi düşmən ola bilməz,” – o əlavə edib.

Müstəqil Ermənistanın ilk prezidentinin sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Vəziyyətin tənzimlənməsi üçün sülh, mehriban qonşuluq və əmin-amanlıq olmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə isə, Ter-Petrosyan hesab edir ki, indən belə bu, Ermənistandan asılı deyil. Bu məsələni bəlkə Rusiya, ya da BMT həll edəcək və “barışmaqdan başqa bir yol” yoxdur.

“Heç bir erməni deyə bilməz: mən Qarabağ münaqişəsini həll edərəm. Belə şey yoxdur. Bu, illüziyadır,” – o deyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button