Mövqe

“Qarabağın qalan hissəsindən vaz keçmədik” – Türk siyasətçi

“Ərdoğanın Brüsseldə NATO sammitində görüşləri səmərəli keçdi. Baydenlə faydalı danışıqların nəticəsini yaxın zamanlarda görəcəyik. Danışaraq hər problem çözülə bilər. Qarabağ məsələsi də Baydenlə müzakirə olunub. Bunu qeyd edim ki, Prezident Əliyevin söyləmək istədiyi hər şeyi cənab Ərdoğan bu görüşdə dilə gətirib”.

Savash.org xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Hulusi Kılıc Hulusi Kılıç

“Necə ki, İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Türkiyənin təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti qondarma “soyqırımı” məsələsini qabardaraq türkləri əsas tənqid hədəfi seçən zaman “Türkiyə burada yoxdur. Amma mən buradayam” demişdi”. Biz hər yerdə bir-birimizi belə dəstəkləyirik. Mən hər zaman həm Türkiyənin, həm Azərbaycanın səfiri olmuşam. Biz birlikdə gücük, biz birlikdə daha böyük oluruq”,- deyə siyasətçi qeyd edib.

Politoloq təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar bildirib ki, çox sərt bir geosiyasi savaşdan uğurla çıxsaq da, arxayınlaşmamalıyıq.

Abdullah Ağar Abdullah Ağar

 

“Çox sərt bir mübarizənin içərisindəyik. Enerji geopolitikası bu siyasətin əsasını təşkil edir. 44 günlük müharibədən öncə Ermənistanın Tovuz rayonuna hücumu, qəhrəman general Polad Həşimovun şəhadəti ilə nəticələnən o hadisələri yəqin hamı xatırlayır. Enerji xətlərimizi, dəmir yolu xəttini hədəf almaqla Türkiyə ilə Azərbaycan arasındakı can damarını kəsməyi hədəfləmişdilər və bundan sonra Türkiyə əks-hücuma keçdi. Məqsədləri bizi bir-birimizin bağrından kəsib almaq, sizi burada, bizi orada boğmaq idi. Biz buna imkan vermədik. Türkiyə PKK, FETÖ ilə təhdid edildi. Nə PKK, nə FETÖ sadəcə, kiçik qruplaşmalar deyildilər, onlar böyük dövlətlərin əlində istifadə olunan maşa idi. Türkiyə ayağa qalxdı, böyük geosiyasi savaşa başladı – İraqda, Suriyada, Liviyada. Nə qədər üzərinə gəlindisə, o qədər də gücləndi. O sadəcə, terror təşkilatlarıyla deyil, onların arxasında gizlənmiş böyük-böyük dövlətlərlə döyüşdü. Bir güc savaşında Qarabağ böyük zəfərdir. İndi sülh danışıqları içəriindəyik, amma bu bizi aldatmamalıdır. Bundan sonra hər cür təhdidə qarşı birlikdə varıq. Dostumuz kim, düşmənimiz kimdir bilirik, su yatar, düşmən yatmaz. Biz kimsəyə düşmən deyilik, amma düşmənlik edənin də haqqından gələrik, yerində oturdarıq. Bunu 44 günlük savaşda dünyaya göstərdik. Şuşa bir qartal yuvasıdır. Şanlı qartallrımız Şuşa səmalarında zəfəri hayqırırlar. Şuşanın ayaqları altında Xankəndidə oturmuş düşmənlər susqundur. Biz Qarabağın geri qalan hissəsindən vaz keçmədik, qarşı trəfdən kimsə revanşist çıxışlar edəndə bunu göz önünə almalıdır. Bu savaş hələ burada bitmədi. Zəfəri taclandırmaq üçün dövlət ərkanının orada olub “biz buradayıq, biz buranın əsl sahibləriyik” deməsi önəmliydi və bu oldu”./Bizimyol.info

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button