Mövqe

Petrosyan: Onlar gözdən pərdə asırlar, hədəfləri isə…

“Bu gün Ermənistan taleyeklü iki alternativ qarşısındadır. Bunlar ölkədə sabitliyi bərpa etməklə,  böhranı dərinləşdirib, vətəndaş müharibəsinə sürükləmək arasında seçim etməkdən ibarətdir. Seçki kampaniyasının gedişi göstərir ki, bir-birinə qarşı mübarizə aparan radikal qüvvələr daha çox ikinci variantı – böhranın dərinləşməsini seçiblər”.

Savash.org xəbər verir ki, bu fikirlər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın seçkiöncəsi seçicilərə ünvanladığı müraciətdə əksini tapıb.

Petrosyan deyib ki, radikal qüvvələr ölkənin gələcəyi üçün heç nə edə bilməz: “Onların yağlı vədləri və gözəl proqramları əsl niyyətlərini gizlətmək və xalqı aldatmaq üçün gözdən asılan bir pərdədir. Əsas hədəf isə nəyin bahasına olursa olsun, hakimiyyəti ələ keçirib, administrativ maliyyə, informasiya və hətta cinayət resurslarından istifadə edərək rəqiblərindən intiqam almaq, açıq qarşıdurmalara təhrik etməklə vətəndaş müharibəsinə təhlükə yaratmaqdır”.

Petrosyanın sözlərinə görə, brimənalı şəkildə başa düşməliyik ki, onların dövlət maraqları barədə heç bir anlayışı yoxdur: “Bu isə o deməkdir ki, bu qüvvələrdən birinə könüllü və ya səs verməyə məcbur olan vətəndaşlar əslində ölkədəki vəziyyətin daha da pisləşməsinə ortaq olacaqlar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button