Mövqe

“Rusiya mətbuatı ermənilərə satılıb” – Kuznetsov

30 illik işğal və 44 günlük müharibə dövründə biz Rusiya mətbuatından dəstək almadıq. Çox az sayda azad jurnalist Azərbaycan-Ermənistan münasibətləri barədə həqiqəti söylədi. İşğalçıya işğalçı demək nə üçün bu qədər aşılmaz sədd oldu?

Savash.org xəbər verir ki, Bizimyol.info-nun sualını cavablandıran rusiyalı politoloq, azad siyasi şərhçi Oleq Kuznetsov bildirib ki, bunun səbəbi Kremldə hər qüllənin öz media xəttinin olması, hər məmurun media agentliyinə sahib olması, klanlara xidmət edən rus mediasıdır. Başqa sözlə məsələnin məğzində maddiyat dayanır, Rusiya mətbuatı satılmış mətbuatdır.

“Rusiyanın kütləvi informasiya vasitələrinə Azəraycandan fərqli olaraq bir mərkəzdən nəzarət yoxdur. Azərbaycanda siyasi, ideoloji məsələlərdə KİV-in fikri ayrılmır, hamı bir yumruğa dönür. Mərkəzləşdirilmiş informasiya siyasəti mövcuddur. Rusiya ərazi baxımından çox böyük ölkədir və KİV-ə vahid mərkəzdən nəzarət yoxdur. Kremldə hər qüllənin öz mediası var. Media korporativ maraqlara xidmət edir.

Medianın böyük hissəsi ermənipərəst mövqe tutur, çünki bu onlara maddi baxımdan faydalıdır. Mətbuat bizdə dövlət maraqlarını yox, kommersiya maraqlarını əks etdirir. Ermənilərin Qarabağ klanı Rusiya ərazisində müəyyən maliyyə qurumları ilə əlaqədədirlər və böyük təsir imkanları var. Bu, kifayət qədər ciddi oliqarx qrupudur və əllərində öz sözlərini deyən, Ermənistanın mövqeyindən təbliğat aparan nüfuzlu media agentlikləri saxlayırlar. Rusiya müxtəlif torpaqlardan, xalqlardan yapılmış bir dövlətdir, mətbuatımız da müxtəlif parçalardan yapılmış mətbuatdır. Bu anlamda Rusiya mətbuatındakı bu mövqeyi Ermənistana sevgidə deyil, pula sevgidə axtarmaq lazımdır”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button