Mövqe

“Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir” – SƏFİR

“Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda İranla Azərbaycan arasında aviareyslərin açılmasını müzakirə etmişik”.

Savash.org xəbər verir ki, bunu “report”a a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

O bildirib ki, Azərbaycanda nəzərəçarpacaq dərəcədə koronavirusa yoluxanların sayı azalıb:

“İranda da virusa yolxunaların sayında azalma müşahidə edilib”.

Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır.

Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button