Mövqe

“Ali təhsil müddəti iki və ya üç il olsun…” – Ekspert qanuna dəyişikliklər təklif etdi

“Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur, onlara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin bir il olması kifayətdir”.

Bu sözləri  “Ali təhsil haqqında” qanuna hansı dəyişikliklərin edilməsi vacibliyinə toxunarkən, təhsil eksperti Kamran Əsədov deyib:

“Ali təhsil haqqında” qanunda bakalavr pilləsinin müddəti, universitetlərə qəbul prosesində hazırlıq qruplarının təşkili, distant təhsilin təşkili qaydaları, qiymətləndirmə kimi məsələləri həll etməliyik. Ehtiyac olmayan ixtisaslar üzrə dərslər aparılmamalıdır. Tədris zəruri ixtisaslar üzrə keçirilərsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək. Elə bir qanun qəbul edilməlidir ki, onun ali təhsilin keyfiyyətinin artırılmasında ciddi rolu olsun”.

Həmsöhbətimiz düşünür ki, ali təhsil müəssisələrinə muxtariyyət verilməlidir.

O, eyni zamanda bildirdi ki, ali məktəbə qəbul zamanı təqdim edilən test tapşırıqları istiqamətlər üzrə olmalı və orta məktəblərin məzmununa uyğun gəlməlidir: “Yəni, mövzular orta məktəblərin məzmununa uyğun olsa da, test tapşırıqlarının modeli orta məktəbin tədris məzmunundan kənardır. Magistratura pilləsində informatika və məntiq soruşulur, amma onun hər hansı formada tədrisi həyata keçirilmir. Ali məktəbə qəbulda test tapşırıqlarından biri dinləmə mətnləridir. Amma orta məktəbdə tədris zamanı bu avadanlıqdan istifadə edilmir.  Hamının eyni səviyyədə yoxlanılması düzgün yanaşma tərzi deyil. Məsələn, informatika müəllimini də, kompüter və riyaziyyat ixtisasına imtahan verəni də eyni suallarla yoxlayırıq. Üçüncü ixtisas qrupunda hüquqşünas olmaq istəyənə də, ibtidai sinif müəlliminə də eyni sualları veririk. Dördüncü ixtisas qrupunda isə tibb təhsili alana da, baytarlıq ixtisasına yiyələnmək istəyənə də eyni sualları təqdim edirik”.

Rüfət SULTAN

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button