Mövqe

NATO Qara dənizdə Rusiyanı məğlub edə bilməz – ABŞ nəşri

Rusiya Krımı ələ keçirdikdən sonra Qara dəniz bölgəsində NATO-ya mümkün müharibədə sürətli və inandırıcı qələbə şansı buraxmayıb.

Savash.org xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalında hərbi ekspert Mark Ebişopun məqaləsində bildirilib.

Qara dənizdəki mövcud qeyri-sabitliyin mərkəzində Krımın statusu olduğunu qeyd edən müəllif bu kontekstdə Kiyevin bir neçə Qərb dövləti ilə birlikdə Rusiyanın yaxınlığında hərbi təlimlər keçirərək Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün simvolik addımlar atdığına diqqət çəkib.

“Krımın işğalından sonra Rusiya Qara dəniz donanmasını inkişaf etdirməyə davam edib. Xüsusilə, “636 Varşavyanka” layihəsi çərçivəsində istehsal olunan üç modernləşdirilmiş raket freqatı və bir neçə dizel-elektrik qırıcı sualtı qayığının donanmanın xidmətinə verilib./axar.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button