Mövqe

Bakıda azarkeşdən alınan LGBT bayrağı ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi iyulun 3-də Bakıda keçirilən “Avro-2020”nin 1/4 final mərhələsində Çexiya – Danimarka matçında danimarkalı azarkeşlərin qaldırdığı LGBT bayrağının onların əlindən alınmasına münasibət bildirib.

Savash.orgun məlumatına görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edib ki, bu məsələ UEFA-nın müəyyən etdiyi qaydalarla tənzimlənir: “Qaydalara görə, matç zamanı yalnız oynayan komandaların təmsil etdikləri ölkələrin bayraqları sərgilənə bilər. Matç gedişatında azarkeşlər tərəfindən bundan başqa hər hansı bayrağın və ya reklam xarakterli hansısa əşyanın qaldırılması qadağandır və yolverilməzdir.

Xatırladaq ki, UEFA həmin bayrağın Rusiyada keçirilən oyunlarda da qaldırılmasını qadağan etmişdi. Buna görə də Çexiya-Danimarka oyunu zamanı azarkeşlərdən biri tərəfindən qaldırılan bayraq UEFA-nın tələbinə uyğun olaraq dərhal polis əməkdaşları tərəfindən həmin şəxsdən alındı”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button