Mövqe

Talibanla böyük müharibə olacaq – Nessar

Taliban Əfqanıstanda hakimiyyət məsələsinin güc yoluyla həllinə hazırlaşır.

Savash.org xəbər verir ki, bu iddia ilə Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nessar çıxış edib.

“Onlar danışıqlara getməyə hazır deyillər və hakimiyyətin güc yoluyla ələ keçirilməsinə yatırım edirlər. Bu, situasiyanın eskalasiyasına gətirib çıxaracaq. Bu baxımdan Talibanın əleyhdarları da təslim olmağa hazır deyillər. Əgər hər şey belə davam etsə, Əfqanıstanın gələcəyini taliblərlə indi onlara qarşı formalaşan qüvvələrin böyük savaşı müəyyənləşdirəcək.

Taliban müəyyən məsələlərdə populist kimi davranır. Hansısa planlar qurmaq, onların vədləri əsasında perspektivi görmək doğru olmazdı. Bu hökumət deyil, qadağan olunmuş qruplaşmadır”, – deyə o bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button