Mövqe

Azərbaycanın Aİ ilə əməkdaşlığı Ermənistanın məğlubiyyətidir – Rusiyalı politoloq

“Avropa İttifaqının Azərbaycanla daha yaxın münasibətlər qurmaq istəməsi Ermənistanın hər iki tərəfi bir-birinə qarşı qoymaq siyasətinin iflasa uğraması deməkdir”.

Savash.org bildirir ki, bunu “Report”un Rusiya bürosuna Moskva Dövlət Universitetinin kafedra müdiri, politoloq Aleksey Fenenko bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanda əvvəlcə Serj Sarqsyanın, sonra da Nikol Paşinyanın iqtidara gəlməsilə əhali arasında Cənubi Qafqazda Aİ üçün ən mühüm tərəfdaş ölkənin məhz Ermənistan olduğu barədə səhv qənaət yaranmışdı: “Ermənilər elə bilirdilər ki, hər münaqişəli vəziyyətdə Avropa İttifaqı və NATO məhz onların yanında olacaq. Hətta Qarabağ münaqişəsilə bağlı Azərbaycanın bütün Aİ proqramlarından çıxarılacağı barədə fikir vardı. Amma bütün bu gözləntilərin tamamilə əksi gerçəkləşdi”.

Ekspert bildirib ki, Avropa İttifaqı tam praqmatik mövqe tutaraq strateji cəhətdən potensialı olmayan, həm də münaqişəni davam etdirməyə çalışan Ermənistanla yox, geniş ehtiyatlara da, konkret iqtisadi nailiyyətlərə da malik ölkə olan Azərbaycanla əməkdaşlıq etməyə üstünlük verir.

“Azərbaycanla münasibətləri genişləndirmək üçün Avropa İttifaqı həmin ölkə ilə iqtisadi və nəqliyyat bağlantılarını qurmalı, yaxud daha da təkmilləşdirməlidir” – deyə rusiyalı politoloq vurğulayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button