Mövqe

Kreml İlham Əliyevin Moskva səfərini təsdiqlədi – Yeni sənəd imzalanacaq?

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin hazırlıqlarını təsdiqləyir.

“SAVAŞ” xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün olub-olmayacağı sualına Peskov “Bəli, belə bir işgüzar səfərin hazırlıqları gedir”, – deyə cavab verib.

Onun sözlərinə görə, səfər çərçivəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir.

Səfərin iyulun 20-də baş tutacağı bildirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button