Mövqe

Arman Abovyan: “Əliyevin antirusiya ritorikası vəziyyəti bizim xeyrimizə dəyişə bilər”

“Erməni xalqının ölkədə baş verənlərdən həqiqətən narahat olduğunu hiss etmək çox vacibdir”.

Savash.org erməni mediasına istinadən xəbər verir ki, Prezident İlham Əliyevin CNN türk kanalına verdiyi müsahibə Ermənistanda geniş müzakirə olunur.

Keçmiş deputat Arman Abovyanın mülahizələri isə onu deməyə əsas verir ki, ermənilər Azərbaycanın Rusiya ilə münasibətlərinin korlanmasını səbirsizliklə gözləyir.

Erməni siyasətçinin son şərhinə diqqət edək: “Əliyev birmənalı olaraq ruslarla vəziyyəti ağırlaşdıracaq. Aydındır ki, Əliyevin anti-Rusiya ritorikasında belə irəliləməyə heç bir resursu yoxdur. Azərbaycanlılar yalnız Türkiyənin iradəsini yerinə yetirirlər”.

Abovyan erməni ictimaiyyətini çaşdıraraq belə bir iddia irəli sürür ki, Prezident İlham Əliyev Ermənistana və rus sülhməramlılarına qarşı genişmiqyaslı təxribatlar üçün zəmin hazırlayır. O, əslində bu iddiası ilə çirkin erməni niyyətini açıq-aydın ortaya qoyur. Çünki Azərbaycan dəfələrlə regionda uzunmüddətli sülh üçün bütün əməli tədbirlərini görüb.

Abovyan Ermənistandakı seçkilərin nəticələrinə istinad edən Əliyevin sərt xəbərdarlığını özünəməxsus tərzdə yozaraq ruslara eyham vurur ki, guya Azərbaycan Ermənistana qarşı deyil, Rusiyaya soyuq münasibət göstərir. Bununla da bu cür politoloqlar ümid edir ki, KTMT Rusiyanın himayəsi ilə yeni yarana biləcək münaqişəyə cəlb olunsun!

Arman Abovyan Qarabağ ermənilərinə də nifrətini gizlətməyib: “Bu müharibədə Artsax (Qarabağ-red) erməniləri Ermənistanın parçalanmasına və məhv edilməsinə razılıq verdilər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button