Mövqe

Əli Həsənov: “Qızım Londona oxumağa gedib…”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edildiyi haqda ötən gün yayılmış xəbərlərə münasibət bildirib. Və deyib ki, qızı indi yox, daha əvvəl işdən çıxıb, üstəlik öz ərizəsi ilə. Ə.Həsənov qızının işdən çıxmasını təhsil almaq üçün Londona getməsi ilə əlaqəli olduğunu deyib.

“Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”,-Əli Həsənov Bakupost.az-a belə deyib.

Əli Həsənovun qızı Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu – Qaradağ rayon Polis İdarəsinin keçmiş rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button