Mövqe

“Mən onları bir daha dayandırmayacağam” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin miqrantların Polşaya keçməsinə kömək edə biləcəyini deyib.

Savash.org xəbər verir ki, Lukaşenko bu barədə BBC-yə müsahibəsində deyib.

“Məncə, bu, mütləq mümkündür. Biz slavyanlarıq. Ürəyimiz var. Bizim təhlükəsizlik qüvvələrimiz miqrantların Almaniyaya getdiyini bilir. Ola bilsin, kimsə onlara kömək edib”, – Lukaşenko qeyd edib.

Lakin o, minlərlə mühaciri dəvət edərək sərhəd böhranına səbəb olması ilə bağlı iddiaları rədd edib:

“Əgər miqrantlar gəlməyə davam etsələr, mən onları bir daha dayandırmayacağam, çünki onlar mənim ölkəmə gəlmirlər, sizin ölkələrinizə gedirlər. Amma mən onları bura dəvət etməmişəm. Açığı onların Belarusdan keçmələrini istəmirəm”.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button