Mövqe

Mingəçevir Turizm Kollecində rektorun yeni qazanc fırıldağı

Mingəçevir Turizm Kollecində rektorun yeni qazanc fırıldağıMingəçevir Turizm Kollecində bir tələbə bir gündə 3 imtahan verir

Professor Əyyub Əyyubov tələbələrdən rüşvət toplamaq üçün yeni “metod” tapıb.

Bir zamanlar «San -Marino» Beynəlxalq Universitetinin Azərbaycan filalına rəhbərlik edən və bu zaman yüzlərlə insanı aldadan professor indi də Mingəçevir Turizm Kollecində at oynadır. Kollecdə İmtahanların «optovoy» qiyməti 350 manatdır. Bundan başqa heç kim öz savadı ilə imtahan verməyi ağlının ucundan belə keçirməməlidir.

Ötən həftə Mingəçevir Turizm Kollecinin bir qrup tələbəsinin şikayəti əsasında bu təhsil ocağındakı dözülməz vəziyyət və direktor Əyyub Əyyubovun rəhbərliyi ilə yaradılan korrupsiya sistemi ilə bağlı məlumat vermişdik.

AzMedia.info-ya Mingəçevir Turizm Kollecindən daxil olan yeni məlumata görə direktor Əyyub Əyyubov tələbələrdən rüşvət almaq üçün yeni «metoda» əl atıb. Belə ki, kollecdə təhsil alan 1 və 2-ci kurs tələbələrin imtahanları birləşdirilib. Daxil olan məlumatda qeyd olunur ki, hazırda 1-ci kurs tələbələrinin 9 imtahanı var və tələbələr bir günə 3 imtahan verirlər. Hər imtahan üçündə cəmi 50 dəqiqə vaxt verilir. Amma zalım direktor bu 50 dəqiqəni də tələbələrə çox görür. Təqribən 30-35 dəqiqədən sonra müəllimlər tələbəlləri sakitcə otaqdan qovurlar. Mənbə bildirir ki, Kollec direktoru 3 imtahanı eyni günə ona görə salıb ki, tələbələr imtahanlardan rahatca kəsə bilsin. Və öz savadına güvənənləri qapı arasında qoyub 350 manat rüşvətini rahat şəkildə ala bilsin.

Etiraf etməliyik ki, heç bir təhsil sistemində bir gündə bir tələbənin 3 fənndən imtahan verməsi görünməyib. Amma Mingəçevir Turizm Kollecində bu da var. Təhsildə bu ilki kəşf edən isə məhz bir zamanlar qalmaqallı və Azərbaycanda saxta diplom paylayan universitetlərin ilk ünvanı olan «San-Marino» universitetinin keçmiş rektoru Əyyub müəllimdir. Qeyd edək ki, Əyyub müəllimin saxta diplom və tələbələrdən pul toplamaq sayəsində böyük təcrübəsi olmasını, bu proffessor haqqında eşidən hər kəsin məlumatı var. Ən azıdan aran Qarabağ camaatı bu professoru yaxşı tanıyırlar. Çünki bir zamanlar qapısında iki inəyi olan hər bir Qarabağ insanı Əyyub müəllimdən saxta diplom çalışıb. Kiminsə bəxti gətirib və saxta diplomunu ala bilib. Kiminsə isə bəxti gətirməyib. Yəni «it də gedib, ip də gedib».

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button