Mövqe

Putin: Rusiyanın dağılması Yuqoslaviyanın dağılmasından daha qanlı olardı

Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” kanalının efirində “Rusiya. Yaxın tarix” filmində deyib ki, Rusiyanın dağılmasının nəticələri Yuqoslaviyadakından daha ağır və qanlı olardı.

“Əminliklə deyə bilərik ki, biz çox pis vəziyyətdə olardıq, doğum nisbətinin artması üçün mübarizə aparmayacaqdıq, yaşamaq üçün mübarizə aparacaqdıq. Və Yuqoslaviyanın faciəvi nümunəsi onu deməyə əsas verir ki, Yuqoslaviyada baş verənlər, bunun nəticələri rusların, və təkcə rusların deyil, ümumiyyətlə Rusiya ərazisində yaşayan bütün xalqların xarakterini nəzərə alsaq, Rusiya üçün daha şiddətli və qanlı ola bilərdi”.

“Bunu ehtiyatla deyəcəm, ki bizi orada düşmən axtarmasında ittiham etməsinlər, amma bu mənim üçün tamamilə aydındır. Mən FTX direktoru olanda, Qərbdə müəyyən qüvvələr Rusiya Federasiyasının dağılması üçün çalışırdılar, birbaşa separatçıları, quldurları və terrorçuları dəstəkləyirdilər. Bu mənim üçün aydın bir fakt idi”.

virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button