Mövqe

Peskov təəsüflənir: “Qərb hər şeydə Rusiyanı günahlandırır”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb hər şeydə Rusiyanı günahlandırır və bu, ümumi tendensiyadır. Bu barədə TASS xəbər verir.

Peskov RTVI telekanalının efirində deyib: “Siz hiss edirsiniz ki, hər şeydə bizi günahlandırırlar. Hər şeydə Rusiya günahkardır. Bu, kollektiv Qərbdə belə ümumi tendensiyadır”.

O bildirib ki, Rusiyanın Qərb ölkələri ilə əla ikitərəfli əlaqələri var, lakin hər şeydə Rusiya Federasiyasını günahlandıran müəyyən bir kollektiv düşüncə var.

“Biz Almaniya, İtaliya, Fransa, İspaniya ilə ünsiyyətdəyik. Bizim ayrı-ayrı əla ikitərəfli münasibətlərimiz var, lakin bu, bir növ kollektiv Avropa düşüncəsidir, o, bizə nifrət edir, bizim düşmən olduğumuza inanır”, – Peskov deyib.

virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button