Mövqe

Qaqik Melkonyan: “Əsgərimiz əllərini qaldırıb təslim olur”

“Əsgərimiz əllərini qaldırıb təslim olur”.

Savash.org xəbər verir ki, bunu İrəvanda jurnalistlərə müsahibəsində “Mülki müqavilə” blokunun üzvü Qaqik Melkonyan deyib.

“Müharibə əsiri qayıtdıqdan sonra necə əsir düşdüyünü danışmalıdır ki, bu, ümumi bir hadisəyə çevrilməsin. Düşmən 200 metrdən yaxınlaşır, əsgərimiz əllərini qaldırıb gedir, təslim olur”, – deyə o bildirib.

Melkonyan əsgərlərin səbəbsiz, yaxud qorxaqlıqdan təslim olmalarından da danışıb. O, heç bir arqument olmadan əsir düşməyi xəyanət hesab edirb.

“Hər şeydə nizam olmalıdır. Yaxşı, onu əsir götürüblər, hər şey olur, amma o, heç olmasa deməlidir ki, məsələn, komandir xain çıxıb, onları atıb, nəticədə düşmənin əlinə keçiblər”, – deyə o iradını bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button