Mövqe

Ağcabədi Maliyyə İdarəsinin ilginc korrupsiya əməli

Ağcabədi Maliyyə İdarəsinin ilginc korrupsiya əməliMaliyyə Nazirliyi Ağcabədidə külli miqdarda maliyyə pozuntuları aşkar edib.

Ağcabədi Maliyyə İdarəsinin müdiri Xosrov Nəsirov həmin məktəbin təmiri üçün ikinci dəfə rayonun daxili büdcəsindən Hacıbədəli kənd nümayəndəliynə 200 min manat vəsait ayırıb və həmin vəsait tamamilə mənimsənilib.

Maliyyə Nazirliyinin Ağcabədi rayonunda aparıdığı illik yoxlama zamanı külli miqdarda maliyyə pozuntuları və mənimsəmə halları aşkarlanıb. Bu barədə AzMedia.info-ya Ağcabədidən verilən məlumata görə təkcə Hacıbədəli kənd nümayəndəliyndə 200 min manatlıq maliyyə yeyintisi aşkarlanıb.

Daxil olan məlumata əsasən Ağcabədi rayon Hacıbədəli kənd nümayəndəsi Ağcabədi Maliyyə İdarəsinin müdiri Xosrov Nəsirovla əlbir olaraq dövlətdən 200 min manat mənimsəyib. Belə ki, rayon təhsil şöbəsi tərəfindən Hacıbədəli kənd məktəbinin əsaslı təmiri üçün 200 min manat vəsait ayrılıb. Daha sonra isə Ağcabədi Maliyyə İdarəsinin müdiri Xosrov Nəsirov həmin məktəbin təmiri üçün rayonun daxili büdcəsindən Hacıbədəli kənd nümayəndəliynə 200 min manat vəsait ayırıb və həmin vəsait tamamilə mənimsənilib.

Bildirilir ki, hazırda mənimsəmə faktının üstünü ört-basdır etmək üçün Xosrov Nəsirov Maliyyə Nazirliyində yüksək çinli məmurla danışıqlar aparır. Danışıqlarda Xosrov Nəsirov mənimsənilən pulların böyük bir hissəsini rüşvət olaraq həmin məmura təklif edib. Lakin məsələ hələ də açıq qalıb. Çünki vəziyyətlə bağlı hələ də nazir Samir Məmmədovu məlumatlandırıb, məlumatlandırmamaq barədə razılıq əldə olunmur.

Bildirilir ki, Xosrov Nəsirov bu məsələ ilə bağlı nazirin məlumatlandırılmamasını istəyir. Çünki külli miqdarda mənimsəmə faktına nazirin hansı reaksiya verəcəyi bəlli deyil. Lakin Maliyyə Nazirlindəki məmur nazirin məlumatlandırılmasını istəyir. O başqa kanaldan nazirin bu bardə məlumatlandırılacağı təqdirdə bütün məsuliyyətin onun üzərində qalacağından ehtiyat edir.

AzMedia.info-ya daxil olan məlumata əsasən Maliyyə Nazirliniyin monitorinq qrupu hazırda Qaradolaq kənd icra nümayəndəliyndə yoxlamalar aparır. Bildirilir ki. Həmin kəndin icra nümayəndəliyndə də külli miqdarda mənimsəmə faktları aşkarlanıb. Növbədə isə rayon İcra Hakimiyyətinin yoxlanılması var. Həmin yoxlamalarla bağlı ətraflı məlumatı AzMedia.info-dan ala biləcəksiz.

Mənbə bildirir ki, Ağcabədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ilk öncə və Təhsil şöbəsinin yoxlanılmasına çalışıb. Qeyd olunur ki, icra başçısı burdakı əskiklikləri yerindəcə «həll edib». Lakin Hacıbədəli kənd nümayəndəliyndəki 200 min manatlıq «problem» əməlli başlı baş ağrısına çevrilib. Ona görədə Şahin Məmmmədov və Xosrov Nəsirov bu «problemi» həll edə bilməzlərsə, rayonda gurultulu korrupsia həbsləri qaçınılmaz ola bilər.

Yazıda adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button