Mövqe

Şəmkirdə ər evindən qaçan gəlin şok faktlar açıqladı: “Valehlə Şirvana gəldik…”

Ötən ilin dekabarın 31-i Şəmkir rayonunun Mahmudlu kəndində itkin düşən və bu gün tapılaraq ata evinə təhvil verilən 24 yaşlı Gülbəsti Qurbanova yaşadıqlarını danışıb.

O, Publika.az-a açıqlamasında bildirib ki, gəlin köçdüyü evdən qaçmağının səbəbi mütamadi olaraq şiddətə məruz qalmasıdır:

“Uşağım olmurdu deyə, başıma qarxırdılar. Yoldaşım tez-tez döyürdü məni. Həkimə, dərmana nə xərc çəkirdilər məni danlamağa başlayırdılar. Maddi kömək üçün atama, qardaşıma deməyimi istəyirdilər. Haçan həkimə gedib gələndən sonra söz söhbət yaranırdı.”

Gülbəsti Musayeva ər evi tərəfinin evdən qızıl və təxminən 700 manata yaxın pul oğurlması məsələsinə də münasibət bildirib. Qadının sözlərinə görə, gedərkən evdən qızılları aparıb, lakin pul götürməyib: “Evdən özümə məxsus qızıllarım, əl çantam və gödəkçəmdən başqa heçnə götürməmişəm. Ərim evinin yığdığı pulun miqadarını belə mən bilmirəm. Çünki o pulları qaynanamın özü saxlayıb ki, yığılan pul qaynım Tağınındır və o, sürücülük vəsiqəsi alacaq. Pul məsələsi yalandır, evdən çıxmağıma görə şər atırlar”.

Gülbəsti Musayeva 31 dekabr 2021-ci il tarixdə hara və kimlə getməsini də danışıb. O, bildirib ki Şirvan şəhərinə 5-ilə yaxın tanıdığı Valeh adlı oğlanla gedib və onunla orada qalıb: “Mən hara gəlmək lazım olduğunu başa saldım. Taksi ilə Valeh də gəlmişdi. biz Şirvan şəhərinə getdik. Qızıllarımı min manata satdım, özümə paltar aldım. Daha sonra fotolarımı saytlarda gördüm və polisə zəng etdim ki, sağam. Polislər gəlib Şirvan şəhərindən götürüb ata evimə gətirdilər. Mən ərimlə yola getməyəcəyimi, onunla yaşaya bilməyəcəyimi atama və yaxınlarıma hələ 3 il bundan öncə, nişanlı olanda demişdim. Amma atam nişanı qaytarmadı”.

Məlumat üçün bildirək ki, Gülbəsti Qurbanova 1 ildən artıq idi Mahmudlu kənd sakinu Mahir Musayev adlı şəxslə ailəli idi, lakin cütlüyün rəsmi nikahı olmayıb

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button