Mövqe

“Spayder” sözünü lüğətə salan şəxs özünə belə haqq qazandırdı- VİDEO

“Spayder” sözünü orfoqrafiya lüğətinə salan Dilçilik İnstitutunun aparıcı elmi işçisi Xədicə Heydərova Baku TV-yə açıqlama verib.

Xədicə Heydərova bildirib ki, hörümçək sözü 2021-ci ilin orfoqrafiya lüğətinin siqnal nüsxəsində olub. Nəşriyyatda baş verən texniki səhv ucbatından bu söz lüğətə daxil edilməyib.

“Bu qərəzli şəkildə həyata keçirilən şou idi. Təəssüf ki, elm adamları da belə işlərə əl atır”, – deyə X.Heydərova qeyd edib.

O, “spayder” sözünün lüğətə əlavə olunmasına da aydınlıq gətirib.

Elmi işçi vurğulayıb ki, “spayder” texniki termin kimi lüğətə daxil edilib və hörümçək sözünün “spayder”lə əvəz edildiyini deyənlərin hərəkəti gülüncdür.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button