Mövqe

“Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa…” – Müşviq təhqirə keçdi

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov komandanın adının “Buta” ilə dəyişdirilməsi barədə yazılan tənqidlərə münasibət bildirib.

Müşfiq Abbasov Ölkə.Az-a açıqlamasında onun başçılıq etdiyi KVN komandasını tənqid edənlərə çağırış edib:

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.

M.Abbasov bundan əvvəl komandanın adının qaytarılması ilə bağlı şərt qoyduqlarını açıqlamışdı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button