Mövqe

Rusiya azərbaycanlı jurnalisti bu paylaşımına görə axtarışa verdi – Nə yazıb?

Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada axtarışa verilib. Qeyd edək ki, adıçəkilən şəxsə qarşı nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açılıb.

Azərbaycanlı jurnalisti hansı cəzanın gözləməsi isə maraq doğuran suallar arasındadır.

Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi başlanılıb

Gundem.az xəbər verir ki, Rövşən Əsgərov Rusiya qanunvericiliyinə əsasən, 122 000 manata qədər cərimə , yaxud beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Xatırladaq ki, aprelin sonunda Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.

RF İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov öz feysbuk hesabındakı paylaşımda rus sərkərdəsi, Sovet Marşalı Georgi Jukovu “təcrübəli talançı”, “formalı qatil” və Almaniyadan qiymətli əşyaları oğurlayan şəxs, Dövlət Tarix Muzeyini isə “psevdotarixi” adlandırılıb. 

Əzizə Zeynal

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button