Mövqe

“Cavid Qurbanovun atasına baxan adam yox idi?” – YAP Kəlbəcər RT-nın sədri ilə MÜSAHİBƏ

Gündəm.az-ın suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov cavablandırıb. 

Müsahibəni təqdim edirik.

– Həbib müəllim, mətbuatda sizin sosial şəbəkədə bir xanımla yazışmanız dərc olunub. İstərdim, bu məsələ ilə bağlı mövqeyinizi bildirəsiniz. 

– Təəssüflər olsun ki, bəzi saytlar 6-7 il öncə aparılmış iyrənc kapmaniyanı yenidən gündəmə gətiriblər. Onlara deyəcək heç bir sözüm yoxdur. İnşallah, məhkəmədə cavab verəcəklər.

– Demək istəyirsiniz ki, sosial şəbəkədə hansısa qadınla aranızda qeyri-etik  yazışma olmayıb? 

– Bəli. Mənim feysbuk və digər sosial şəbəkədə olan səhifələrimə baxın. Ancaq dövlətçiliklə, partiyamızla bağlı paylaşımlar edirəm. Kimsə paylaşımlarımın altından nəsə yazırsa, buna görə mən cavabdehlik daşıyıram?

– Yazıda həmçinin qeyd olunur ki, siz Cavid Qurbanovun atası Qənbər Qurbanov dünyasını dəyişənə qədər onun “baxıcısı” olmuşunuz, mərhumun təmizlik işlərinə nəzarət edən şəxs olmusunuz. Bu da yalandır?

– Əlbəttə yalandır. Cavid Qurbanovun atası nüfuzlu ağsaqqal olub. El sənətkarı Aşıq Şəmşirin oğlu olub. Uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul idi. Yəni geniş imkanları olan şəxs idi. Onun 4 oğlu, qızları var. Cavid Qurbanovun atasına baxan adam yox idi? Mən Prezident yanında İdarəçilik Akademiyasını bitirmişəm. 2000-ci ildən YAP-ın üzvüyəm. YAP gənclər birliyinin ərazi üzrə rəhbərliyinə təmsil olunmuşam.  Mən daim siyasi proseslərin içərisində olmuşam, dövlətçiliyimiz üçün çalışan şəxsəm. Siyasi fəaliyyətim, xidmətlərim qalıb kənarda, deyirlər ki, guya kiməsə görə məni sədr seçiblər. Mən Cavid Qurbanovun yanında işləmişəm, amma onunla heç bir qohumluq əlaqəm yoxdur.

– Bir müddət öncə Cavid Qurbanovun əmisi oğlu, deputat Aqil Məmmədovun da barəsində tənqidi yazılar dərc edilib. Məqsəd və hədəf nədir? 

– Bu barədə heç nə deyə bilmərəm. Mən özümlə bağlı danışa bilərəm. Uzun müddət  “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində çalışmışam. Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədriyəm. Görünür, kimlərə bizim fəaliyyətimizi qısqanır, gözləri götürmür. Biz hazırda 15 iyun Milli Qurtuluş gününə hazırlaşırıq. Bu cür dedi-qodulara cavab verməyə həvəsim, vaxtım yoxdur. Qurtuluş günü barəmdə belə bir iyrənc kampaniyanın aparılması onun göstərir ki, bu işin təşkilatçıları dövlətçiliyə bağlı adamlar deyillər. Biz ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı bir dövlətdə yaşayırıq. Qurtuluş gününü qalib xalq olaraq qeyd edirik.

– İstərdim, Kəlbəcərə qayıdış prosesi barədə məlumat verərdininiz. Qayıdış prosesi hansı mərhələdədir?

– Bu gün Kələcərdə böyük quruculuq işləri görülür. Yol infrastrukturu yenidən qurulur. 12 kilometrlik tunel tikilir. Ərzilər minalardan təmizlənir. İnşallah Kəlbəcərin baş planı hazırlanıb ictimaiyyətə təqdim olunacaq. Artıq arıçılıq, qoyunçuluq, iri buynuzlu mal-qara təsərrüfatı ilə məşğul olanlar Kələbəcərdədirlər. Yəni proses demək olar ki, başlayıb. Amma böyük qayıdış orada evlər tikiləndən sonra başlayacaq. Biz kəlbəcərlilər bu günü səbrsizlikə gözləyirik.

Söhbətləşdi: Nurlan 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button