Mövqe

Azərbaycanın hansı şəhərlərində alınan kreditlər vaxtında qaytarılmır? – Mərkəzi Bank açıqladı

Azərbaycanda vaxtında qaytarılmayan kreditlərin böyük hissəsi Bakının payına düşür.

Mərkəzi Banka xəbər verir ki, 2022-ci ilin iyulun 1-nə olan məlumata əsasən 608 milyon manat dəyərində olan kredit vaxtında qaytarılmayıb. Bu qədər vəsaitin 508 milyon manatı Bakının, 100 milyon manatı regionların payına düşür.

Vaxtında qaytarılmayan kreditlərdə paytaxtın payının yüksək olması ümumi kredit qoyuluşunun çox hissəsinin Bakıda verilməsi ilə bağlıdır. Ölkəmizdə cəmi kreditlərin 77,5 faizi Bakıda verilib. Vaxtı keçmiş kreditlərin isə 83,5 faizi paytaxtın payına düşür.

Bakıdan sonra vaxtında qaytarılmayan ən çox kredit Sumqayıtda (24 milyon manat) və Gəncə (13,3 milyon manat) şəhərlərindədir.

Vasif

Sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button