Mövqe

“Marketdən 50 manatlıq ərzaq alanda 59 manat ödəyirik, çünki…” – Natiq Cəfərli

“18% ƏDV-ni 2%-ə endirmək lazımdır”.

Bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ölkə əhalisinin 80%-ə yaxını bazarlığını, ərzaq ehtiyacını şəbəkə marketlərdən təmin edir:

“Onlar da ƏDV ödəyicisidirlər, yəni bu gün kimlərsə 50 manatlıq ərzaq alanda marketdə 59 manat ödəyir. Ölkə büdcəsində profisit var, neft-qaz gəlirləri də artır, xarici ticarətimizdə 15 mlrd. dollarlıq müsbət saldo mövcuddur. Ona görə də 18% ƏDV-i 2%-ə endirməliyik ki, 50 manatlıq ərzaq alanda 59 manat yox, 51 manat ödənilsin, 8 manat cibimizdə qalsın. Bunu da kommunal xərclərə sərf etmək olar, yəni, o pul da hökumətə gedəcək, amma camaatın bahalıqdan bükülən beli bir az düzələcək”.

Ekspert REAL partiyasının dəfələrlə bu təkliflə çıxş etdiyini vurğulayıb:

“Ərzaq və dərmanlar satışında ƏDV-nin 18%-dən 2%-ə endirilməsi istənilən sosial yardımdan daha effektivdir”.

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button