Mövqe

“Heç Sovet hökuməti bu cür ağılsızlığa yol verməmişdi, bu nə biabırçılıqdır?” – İlqar Məmmədov

“Dövlət hesabına mənzil tikib onu “birinci gələn apardı” qaydasında paylamaq qədər ifrat kommunist axmaqlıq təsəvvür etmək çətindir. Heç Sovet hökumətinin bu cür ağılsızlığa yol verdiyini xatırlamıram”.

Bunu REAL partiyasının sədri İlqar Məmmədov satışa çıxarılan MİDA mənzilləri ilə bağlı fikirlərini bölüşərkən deyib. O, qeyd edib ki, sovet dövründə dövlət mənzil verəndə adamları siyasi loyallığa görə sıralayıb mükafatlandırırdı:

“Qayda ideoloji baxımdan qeyri-məqbul olsa da, məntiq var idi. Kommunizm çoxdan məğlub oldu, amma onun xidmətində durmuş bürokratiyanın vərdişləri yerindədir: başı təzə üzülmüş toyuq kimi ora-bura qaçaraq nə isə etmək istəyir. MİDA-nın bugünkü daha bir biabırçı təcrübəsini başqa nəyə oxşadasan?”.

Partiya sədri bildirib ki, camaata normal maaş verilməlidir: “Bunun sayəsində insanlar pul yığıb mənzil alsınlar, ya da maaş əsasında kredit götürüb alsınlar. Paylamaq nədir? Kommunist ağılsızlıq”.

Xatırladaq ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin satışı qeyri-müəyyən müddətə təxirə salınıb. Buna səbəb isə “asan login” sistemində yüklənmənin olması olub.

 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button