Mövqe

Hacıqabuldakı idarə rəhbəri Bakıda kef məclislərinə nə qədər pul xərcləyir?

Hacıqabuldakı idarə rəhbəri Bakıda kef məclislərinə nə qədər pul xərcləyir?Bu məmur paytaxtın Binəqədi rayon ərazisində yerləşən “ Çinarlı “ restoran- oteldə daim kef məclisləri təşkil edirMəmurların dəbdəbəli və əyləncəli kef məclisləri son illər ən çox diqqətçəkən məsələlərdən biridir. Hacıqabuldan olan məmur da tez- tez Bakıda kef məclisi təşkil edənlərdəndir. Redaksiyamıza daxil olan məktubda belə iddia edilir. Qeyd edilir ki , bu məmur paytaxtın Binəqədi rayon ərazisində yerləşən “ Çinarlı “ restoran- oteldə daim kef məclisləri təşkil edir. Həmin məclislərə gün ərzində min manata qədər pul xərcləyir. Maraqlıdır görəsən, rayonda idarəyə rəhbərlik edən bir məmur öz əyləncəsi üçün bu qədər pulu haradan əldə edir ? Bizə ünvanlanan məktubda iddialar bununla da bitmir. Bildirilir ki ,başı kef məclislərinə qarışan məmur həm də bir çox obyekt sahibdir. Onun Hacıqabulda restoranı , yanacaqdoldurma məntəqəsi və xırda satış obyektləri var. Bundan əlavə redaksiyamıza məmurla bağlı video və audio materiallar daxil olub. Bu mövzu artıq “ BOLGEXEBER.TV”(BTV.AZ ) -nin diqqətindədir, yaxın günlərdə bununla bağlı geniş videosüjeti izləyə bilərsiniz.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button