Mövqe

Putinin hədəsindən sonra Paşinyan rus dilində paylaşım etdi – MƏTN

Rusiya prezidenti Vladimir Putinin dünən keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar iclasında Ermənistanın Qarabağ məsələsində mövqeyini tənqid edən açıqlamaları Paşinyanı hərəkətə keçməyə sövq edib.

Putinin “Ermənistan öz yolunu seçdi, vəziyyət aydındır” açıqlamasından sonra Ermənistanın baş naziri sosial media hesabında rus dilində paylaşım edib. O, Rusiyanın Soçidə təqdim etdiyi prinsipləri qəbul etməyə hazır olduqlarını qeyd edib. Paşinyan “Tvitter” hesabında bəyan edib ki, Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla razılaşma əldə etmək üçün işləməyə razıdır.

“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya da bu sazişi dəstəkləyəcək”, deyə Nikol əlavə edib.

Xatırladaq ki,  Putin dünənki çıxışında  “Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələnin həllini təklif etmişik”, deyə söyləyib. Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi.

“Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar. Biz inanırdıq ki, bu, ədalətli olardı, bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım sayılardı”, – Putin bildirib.

Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button